Ötən gün cinayət törətməkdə şübhəli bilinən 9 nəfər saxlanılıb

16 Aprel 2025 11:17 (UTC+04:00)

Aprelin 15-də ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, axtarışda olduğuna görə ümumilikdə 88, o cümlədən borclu şəxs qismində axtarışda olan 70 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqədar 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 9 nəfər saxlanılıb.