12 mindən çox şəxsə yaşa görə əmək pensiyası təyin olunub

16 Aprel 2025 11:12 (UTC+04:00)

Bu ilin yanvar-mart ayları ərzində 12 mindən çox şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. SİA xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, onların 54,94 faizini kişilər, 45,06 faizini isə qadınlar təşkil edib.