Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB

16 Aprel 2025 10:49 (UTC+04:00)

Yevlax rayonunda sərnişin avtobusu aşıb, xəsarət alanlar var. TƏBİB-dən SİA-ya bildirilib ki, qəza zamanı xəsarət alanlara ilkin tibbi xidmət göstərilib.

Qeyd olunub ki, aprelin 16-da saat 06:00 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 8 nəfər (5 qadın, 3 kişi) Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Hər bir şəxsə ilkin tibbi yardım göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.