Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı

16 Aprel 2025 10:12 (UTC+04:00)

Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün növbəti iclasının vaxtı məlum olub. SİA-nın xəbərinə görə, sayca 6-cı iclas aprelin 23-nə təyin edilib.

Qeyd edək ki, ümumilikdə, Əfv Məsələləri Komissiyasının 2025-ci üzrə beş iclası olub və 600-dən çox müraciətə baxılıb.

Xatırladaq ki, Əfv Məsələləri Komissiyasının iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.