Azərbaycan millisi UEFA İnkişaf Turnirində bu gün ikinci matçını keçirəcək

16 Aprel 2025 09:58 (UTC+04:00)

Azərbaycanın 17 yaşadək oğlanlardan ibarət millisi Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ikinci matçını keçirəcək. SİA-nın məlumatına görə, Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda Gürcüstan yığması ilə üz-üzə gələcək.

Moldova Futbol Federasiyasının Texniki Mərkəzinda baş tutacaq oyunun start fiti Bakı vaxtı ilə saat 12:00-da səsləndiriləcək.

Qeyd edək ki, U-17 ilk görüşdə Moldovaya 0:1 hesabı ilə məğlub olub. Komanda sonuncu görüşünü aprelin 19-da Estoniya millisinə qarşı keçirəcək.