Keçmiş UFC çempionu Konor Makqreqor mərcdə 500 min dollar uduzmasına münasibət bildirib. SİA xəbər verir ki, irlandiyalı yarım milyon dollar mərc etmişdi ki, amerikalı Maykl Çandler britaniyalı Peddi Pimbletti UFC 314-də nokaut və ya texniki nokautla məğlub edəcək. Lakin döyüş üçüncü raundda Pimblettin texniki nokautla qələbəsi ilə başa çatıb.
“Çandler, sən əclafsan! İstirahət et Mayk ilə keçmişim və onun nokautla qalib gəlmə şansı məni riskə getməyə vadar etdi. Yaxşı, mənim kimi biri üçün 500.000 dollar nədir ki? Mən bu pulu geri alacağam, əminəm”, – Makqreqor sosial şəbəkədə yazıb.