Paşinyan müharibə ehtimalından danışdı

16 Aprel 2025 05:20 (UTC+04:00)

"Azərbaycan və Ermənistan arasında müharibə olmayacaq - bunun üçün heç bir əsas yoxdur, sülh olacaq". SİA xarici KİV-ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı bildirib. O deyib ki, həm Ermənistan, həm də Azərbaycan xalqı sülh içində yaşamağa layiqdir. Baş nazir həmçinin sülh gündəliyini təhlükə altına qoya biləcək bəyanatlar verməməyə çağırıb.