Bakı Təşəbbüs Qrupu öz saytında petisiya yaradıb

15 Aprel 2025 20:43 (UTC+04:00)

Bakı Təşəbbüs Qrupu (BTQ) bu gündən öz saytında “Tarixi müstəmləkə zülmünü tanımaq və lazımi təzminatı təmin etmək” adlı petisiya yaradıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə BTQ-nin icraçı direktoru Abbas Abbasov BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Bakı Təşəbbüs Qrupu tərəfindən “Dekolonizasiya: Sakit inqilab” adlı beynəlxalq konfransda elan edib.

Abbas Abbasov bütün iştirakçıları petisiyanı imzalamağa və ədalətin bərpasını təmin etməkdə dəstək göstərməyə çağırıb.