Cəngəlliklərdə 2000-3000 il əvvələ aid qayaüstü rəsmlər tapılıb…

15 Aprel 2025 22:43 (UTC+04:00)

…Uzun müddət Braziliyanın Serra da Mantikeyra bölgəsindəki cəngəlliklərdə heç vaxt insanların yaşamadığına inanılırdı. Lakin alimlər bu yaxınlarda burada 2000-3000 il əvvəl çəkilmiş qayaüstü rəsmləri aşkar ediblər.

SİA-nın məlumatına görə, alimlər Braziliyada, Rio-de-Janeyro və Minas-Jerais ştatlarının sərhəddində yerləşən Serra da Mantikeyra bölgəsində vaxtilə ibtidai insanların yaşadığını bildiriblər.

Əvvəllər belə hesab olunurdu ki, bura təbiətin heç bir ayağının ayaq basmadığı bir guşədir.

Lakin 2023-cü ildə Milli Muzeyin alimləri Itatiaia Milli Parkının ərazisini araşdırarkən burada qayaüstü rəsmlər aşkar ediblər.

Bildirir ki, onlar çətin əldə edilən mağarada yerləşiblər. Ehtimallara görə şəkillər 2000-3000 il əvvəl “çəkilib”.

İndi alimlər onlarda təsvir olunanları deşifrə etməyə çalışırlar.

Nazlı Almuradova