Soyuq hava ilə bağlı istilik təminatı bir neçə gün daha davam edəcək - “Azəristiliktəchizat”

15 Aprel 2025 14:14 (UTC+04:00)

Soyuq hava şəraiti ilə əlaqədar olaraq “Azəristiliktəchizat” ASC-nin balansında olan qazanxanalar və istilik məntəqələri fəaliyyətini davam etdirəcək. SİA-nın məlumatına görə, bu barədə qurumdan bildirilib.

Məlumata əsasən, mövcud hava şəraiti nəzərə alınaraq istilik təminatı daha bir neçə gün davam etdiriləcək.