Sloveniyanın xarici işlər naziri Tanya Fayon Azərbaycan və Ermənistana səfər edəcək. SİA xəbər verir ki, bu barədə STA agentliyi məlumat yayıb.
Bu gün o, Ermənistana ikigünlük səfərə gedəcək, aprelin 17-də isə Azərbaycana gələcək.
T.Fayon Bakı və İrəvan arasında sülh sazişinin imzalanması məsələsini müzakirə edəcək.
XİN başçısı Azərbaycana səfəri zamanı enerji sahəsində əməkdaşlıqla bağlı danışıqlar aparacaq.