"Büdcələrin layihələrin icrası üçün 6 rəy, yenidən baxılma üzrə layihələrlərə isə 3 rəy hazırlanıb təqdim olunmuşdur". SİA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ının müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Onun sözlərinə görə, büdcə layihəsi və icrası barədə məlumatların, onlarla birgə təqdim edilən sənədlərin qanunvericiliyə, ölkənin strateji sənədlərinə uyğunluğu, bütün parametrləri düzgünlüyü ilə tanınması barədə Hesablama Palatasının qiymətləndirici mövqeyi kimi əminliklə ifadə edilmişdir: "Aparılan təhlilər dövlət büdcəsi layihəsi və icrası üzrə tətbiq olunan sənədlərin bəzi yeniliklərin tətbiq edildiyi, məlumatların keyfiyyət və həcminin yüksəlməsi istiqamətində müəyyən addımların atıldığını göstərmişdir. 2023-cü ilin dövlət büdcəsinə rəylə bildirilmişdir ki, uyğunsuzluq məbləği, 1,3 mlrd manat, 2025-ci ilin dövlət büdcə layihəsinə verilmiş rəylə uyğunsuzluq məbləği 82,9 milyon manat olmuşdur".