Bu ilin yanvar-fevral ayında Azərbaycanda 10 mindən çox ölüm halı qeydə alınıb

15 Aprel 2025 10:44 (UTC+04:00)

Bu ilin ilk iki ayında ölkədə 10 min 461 ölüm halı qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 6,2-dən 6,3-ə qədər artıb.