Qadın voleybolçular arasında Azərbaycan çempionatında yarımfinal mərhələsi başlayır

15 Aprel 2025 09:30 (UTC+04:00)

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə bu gün start veriləcək. SİA-nın məlumatına görə, ilk olaraq "Abşeron" və "Gəncə" komandaları üz-üzə gələcəklər.

Qarşılaşma saat 15:00-da start götürəcək. Saat 17:00-da isə “Milli Aviasiya Akademiyası” ilə "Azərreyl" münasibətlərə aydınlıq gətirəcəklər.

Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

Qeyd edək ki, bu raundun ikinci oyunları aprelin 17-də baş tutacaq.