Arda Turanın komandasından darmadağın

15 Aprel 2025 08:17 (UTC+04:00)

Türkiyə Super Liqasında 31-ci tura yekun vurulub. SİA xəbər verir ki, turun qapanış oyununda “Eyüpspor” “Adana Dəmirspor”un qapısından 6 cavabsız qol keçirib. “Eyüpspor” bu qalibiyyətdən sonra xallarının sayını 50-yə çatdırıb və 4-cü pilləyə yüksəlib.

Qeyd edək ki, hazırda Super Liqanın turnir cədvəlinə 74 xalla “Qalatasaray” başçılıq edir. “Fənərbaxça”nın 71, “Samsunspor”un isə 51 xalı var.