Nura Suri şadlıq saraylarından gileyləndi

15 Aprel 2025 05:48 (UTC+04:00)

Müğənni Nura Suri şadlıq saraylarındakı vəziyyətdən şikayətlənib. SİA xəbər verir ki, ifaçı bu barədə sosial şəbəkədə yazıb. "Dünyada belə şey yoxdur. Toyları da monopoliya ediblər", - deyən Nura Suri öz yaxınının başına gələnlərdən danışıb: "İnsanlar gedib toy danışır şadlıq evlərində, behi alandan sonra şərtlər ortaya çıxır. Müştəri müğənni istəyir, deyirlər ki, ancaq bizim siyahıdakı ifaçılar olmalıdır, dekor şirkəti ancaq bizim dediyimiz şirkət olmalıdır. Video, foto, tort və sair ancaq öz işlədikləri şirkətlər ola bilər. Başqa heç kəs həmin şadlıq sarayında işləyə bilməz.

Bildiyiniz dərəbəylikdir. Bir yaxınım gedib toy danışmağa, behi verib və gün götürüblər, indi şadlıq sarayı başlarına oyun açır. Bütün şadlıq saraylarında demək olar ki, vəziyyət belədir. Bu səbəbdən də bütün toylar eynidir. "Dejavü" yaşanır bütün toylarda".