İsrail HƏMAS-a müvəqqəti atəşkəs təklif edib

15 Aprel 2025 02:19 (UTC+04:00)

İsrail Misir vasitəsilə Fələstinin HƏMAS hərəkatına Qəzza zolağında atəşi müvəqqəti dayandırmaq və davamlı atəşkəsə nail olmaq üçün danışıqlara başlamaq təklifini çatdırıb. SİA xəbər verir ki, bu barədə Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Qahirə İsrailin təşəbbüsü ilə bağlı HƏMAS-ı artıq məlumatlandırıb və yaxın vaxtlarda onların cavabını gözləyir. HƏMAS hələlik bu məlumatı şərh etməyib.