"Real Madrid”in məşqində müdafiəçi Antonio Rudiger və yarımmüdafiəçi Cud Bellingem arasında dava düşüb. SİA xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. Bildirilib ki, məşq zamanı futbolçulardan biri digərinə qarşı həddən artıq sərt hərəkət edib. Bu səbəbdən Rudiger və Cud arasında gərginlik yaşanıb. Komanda yodaşlarının münaqişəyə müdaxiləsindən sonra futbolçuları sakitləşdirmək mümkün olub.
Qeyd edək ki, aprelin 16-da “Real Madrid” UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında “Arsenal”ı qəbul edəcək. İlk oyunda London klubu 3:0 hesabı ilə qalib gəlib.