Avropa çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə qayıdıblar - YENİLƏNİB - FOTOLAR

14 Aprel 2025 21:04 (UTC+04:00)

Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında uğurla çıxış edən Azərbaycanın yunan-Roma güləşçiləri Vətənə qayıdıblar. SİA xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

Qeyd edək ki, idmançılarımız turnirdə 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.