Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3 milyon 706 min nəfərə çatıb.
SİA xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyasının məlumatında ölkənin Dövlət İnzibati Şurası məlumat yayıb. Seysmik hadisə daha 5027 nəfərin yaralanmasına səbəb olub. Həmçinin, 130 nəfər itkin düşənlər siyahısındadır, televiziya xəbər verir.
Myanmada martın sonunda iki zəlzələ baş verib, bundan sonra ölkənin bir sıra regionlarında və Taylandın Banqkok şəhərində fövqəladə vəziyyət elan edilib.
Yeraltı təkanlar aprelin əvvəllərində də qeydə alınıb. ÜST-nin rəhbəri Tedros Adhanom Qebreyesusun sözlərinə görə, təbii fəlakət beş qonşu ölkəyə təsir edib. Hazırda zərərçəkmiş ərazilərdə tibbi xidmət və təmiz su ilə bağlı problemlər qalmaqdadır, deyə o əlavə edib.
Əli Babayev