Kişilər və qadınlar səhər yeməyini fərqli şəkildə yeməlidirlər..?

14 Aprel 2025 22:43 (UTC+04:00)

Kanadanın Vaterloo Universitetinin tədqiqat qrupu kişilər və qadınlar arasında maddələr mübadiləsində fərqlər üzərində araşdırma aparıb. Komanda mövcud məlumatlardan və kompüter modelləşdirməsindən istifadə edərək kişi və qadın metabolizminin modellərini yaradıblar.

SİA-nın məlumatına görə, Bild yazır ki, əsas diqqət müxtəlif növ səhər yeməyinə - karbohidrat və ya yağda yüksək olanlara reaksiyalara yönəldilib.

Nəticələr göstərib ki, kişi orqanizmi yüksək karbohidratlı səhər yeməyinə daha yaxşı reaksiya verir, qadınların optimal seçimi isə yüksək yağlı yeməkdir.

Kişilərə səhər yeməyində kompleks karbohidratlar yemək tövsiyə olunub.

Onları tam taxıl, qarabaşaq yarması, paxlalılar və almada tapmaq olar.

Qadınlar balıq, qoz-fındıq və avokado yemək daha yaxşıdır. …Səhər yeməyində nə yediyimiz kimi kiçik görünən qərarların sağlamlığımıza və enerji səviyyəmizə necə təsir edə biləcəyini anlamaq vacibdir.

Bunu tədqiqatın rəhbəri Stefani Abo bildirib.

Nazlı Almuradova