…2013-cü ildə qanuni oğru Aslan Usoyanın (Ded Xasan) qətli zamanı ağır yaralanan Maryat Bikçurina “Taqanskaya” mütəşəkkil cinayətkar dəstəsinin üzvlərinə qarşı 50 milyon rubl iddia qaldırıb. Hazırda Moskva Şəhər Məhkəməsində baxılan iddiaya mənəvi ziyana görə 20 milyon rubl və müalicə xərclərinin ödənilməsinə görə 30 milyon rubl daxildir.
SİA xatırladır ki, faciə 2013-cü il yanvarın 16-da Moskvada Bikçurinanın ofisiant işlədiyi “Old Phaeton” restoranında baş verib. Belə ki, Usoyan restorandan çıxarkən snayper atəş açaraq kriminal rəhbəri ölümcül yaralayıb.
…Və güllələrdən biri Bikçurinanın kürəyinə dəyib, onurğası zədələnən qadını ömürlük iflic olub.
Onun həyatını xilas edən təcili cərrahiyyə əməliyyatına baxmayaraq, zədənin təsiri geri dönməz olub.
Bikçurinanın sözlərinə görə, o, xaricdə - Çin və Türkiyədə bahalı müalicə kursu keçməli olub və bu, məhkəmə iddiası üçün əsas olub.
Hüquq-mühafizə orqanları Usoyanın qətlini “Taqanskaya” mütəşəkkil cinayətkar qrupunun fəaliyyəti ilə əlaqələndirirlər və onun lideri İqor Jirnokleyev sui-qəsddən əvvəl qanuni oğrunun izlənməsini təşkil etməkdə şübhəli bilinir.
İşgüzar görüşlər üçün tez-tez restorana gələn Usoyan Povarskaya küçəsində güllələnib.
Qatil cinayət rəhbərinin öldüyünə əmin olmaq üçün bir neçə dəfə atəş açıb və o, özünə gəlmədən Botkin xəstəxanasında dünyasını dəyişib.
Cinayətin təsadüfən qurbanı olan Bikçurina zərərin onun həyatını həmişəlik dəyişdiyini və daimi tibbi yardım tələb etdiyini vurğulayaraq təzminat tələb edir.
Nazlı Almuradova