Dənizkənarı Milli Parkda bir nəfər dənizdə batıb

14 Aprel 2025 16:06 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub. SİA FHN-ə istinadən xəbər verir ki, məlumat daxil olandan dərhal sonra Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin iki dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.