98 mina aşkarlanıb

14 Aprel 2025 14:37 (UTC+04:00)

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb. ANAMA-dan SİA-ya verilən məlumata görə, azad olunan ərazilərdə 7-13 aprel tarixləri ərzində 12 tank əleyhinə mina, 86 piyada əleyhinə mina, 224 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 1 milyon 245,5 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirib.