Masallıda 14 yaşlı qız itkin düşüb

14 Aprel 2025 12:07 (UTC+04:00)

Masallıda itkin düşən 14 yaşlı qızın axtarışları aparılır. SİA-nın verdiyi xəbərə görə, Masallıda 14 yaşlı Lamiyə Tağıyevanın itkin düşmə barədə polisə məlumat daxil olub. Yeniyetmə aprelin 12-də, saat 20 radələrində rayonun Banbaşı kəndində babasına məxsus yerləşən evdən çıxaraq naməlum istiqamətdə gedərək itkin düşüb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, axtarış elan olunub. Onun tapılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.