TDT üzvləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq sazişi təsdiqlənib

14 Aprel 2025 11:18 (UTC+04:00)

Prezident İlham Əliyev “Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında qanunu təsdiqləyib. SİA xəbər verir ki, sənəd 2024-cü il noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə imzalanıb.