52 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

14 Aprel 2025 09:47 (UTC+04:00)

Abşeron rayonunda 52 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. SİA-nın əldə etdiyi məlumata görə, 1978-ci il təvəllüdlü Məmmədov Kənan Rəsul oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

O, ötən gün axşam saatlarında Mehdiabad qəsəbə sakini, 1973-cü il təvəllüdlü İftixar Həşimov qətlə yetirməkdə şübhəli bilinir.