Gəncədə küçədən 48 yaşlı kişi meyiti tapılıb

14 Aprel 2025 09:28 (UTC+04:00)

Gəncədə küçədən 48 yaşlı kişi meyiti tapılıb.

Gəncədə küçədən meyit tapılıb. SİA-nın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü S.Məmmədovun meyiti binanın yaxınlığından tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin məlumata görə, S.Məmmədov ürəktutmasından dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.