Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin ikinci görüşlərinə start verilib

13 Aprel 2025 16:10 (UTC+04:00)

Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin ikinci görüşlərinə start verilib. SİA-nın məlumatına görə, “Lənkəran” evdə “Gəncə”ni qəbul edib.

Lənkəran Olimpiya İdman Kompleksində keçirilən matç Gəncə klubunun 100:74 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında baş tutan ilk görüşdə də Gəncə təmsilçisi qələbə qazanmışdı - 96:92.

Qeyd edək ki, pley-in mərhələsinin digər görüşləri sabah keçiriləcək.