Ağdamda azyaşlını it dişləyib, xəstəxanaya yerləşdirilib

13 Aprel 2025 15:40 (UTC+04:00)

Ağdam rayonunda azyaşlı it dişləməsi səbəbilə xəstəxanaya yerləşdirilib. SİA-nın əldə etdiyi məlumata görə, hadisə rayonun Qərvənd qəsəbəsində baş verib.

2021-ci il təvəllüdlü S.H küçədə oynadığı zaman qəfil it hücumuna məruz qalıb. Üz nahiyəsindən yara alan azyaşlı Bərdə Mərkəzi xəstəxanasına çatdırılıb.