Sumqayıtda fərdi yaşayış evi yanaraq külə dönüb

13 Aprel 2025 13:54 (UTC+04:00)

Sumqayıtda fərdi yaşayış evi yanıb. SİA məlumat verir ki, hadisə Ceyranbatan (BTZ) bağları ərazisində qeydə alınıb.

Üç otaqdan ibarət ev tamamilə yanaraq külə dönüb.

Yanğına ilkin səbəb kimi elektrik sobasındakı qısaqapanmanın olduğu göstərilir.

Fakt araşdırılır.