Tacikistanda güclü zəlzələ baş verib

13 Aprel 2025 10:07 (UTC+04:00)

Tacikistanda 5,9 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Xucənd şəhərindən 171 km cənub-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.