Nigeriyada avtobus minaya düşüb - 8 nəfər ölüb, 21 nəfər yaralanıb

13 Aprel 2025 03:10 (UTC+04:00)

Nigeriyanın şimal-şərqində avtobusun minaya düşməsi nəticəsində azı 8 nəfər ölüb, 21 nəfər yaralanıb. SİA xarici mediaya istinadla xəbər verir ki, hadisə Mayduquri-Damboa avtomobil yolunda baş verib.

Partlayıcı qurğunun “Boko Haram” ekstremist qruplaşması tərəfindən yola qoyulduğu iddia edilir. Avtobus hərbçilərin mühafizəsi altında hərəkət edirdi.

Partlayışın baş verdiyi rayonun rəhbəri Lovan Maina yaralıların Maiduquri xəstəxanasına aparıldığını bildirib.