ABŞ Trampın İrana güzəştə getməyə hazır olduğunu bildirir

12 Aprel 2025 18:44 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı razılığa gəlmək üçün ona güzəştə getməyə hazırdır.

SİA-nın məlumatına görə, bu barədə Axios mənbələrə istinadən xəbər verir.

…Tramp razılaşma əldə etmək üçün güzəştə getməyə hazırdır.

Adı çəkilməyən amerikalı məmura istinadən yazan nəşr onu da qeyd edir ki, Omanda İranla danışıqlarda Amerika nümayəndə heyətinin məqsədi İran tərəfinin razılaşmaya hazır olub-olmadığını anlamaqdır.

Aprelin 12-də Omanın vasitəçiliyi ilə Maskatda ABŞ və İran arasında nüvə sazişi üzrə dolayı danışıqlar başlayıb. “Reuters”in məlumatına görə, görüşdə tərəflər İranın nüvə proqramı ilə bağlı məhdudiyyətlərin qarşılığında bəzi sanksiyaların yumşaldılmasını müzakirə edəcəklər.

Aprelin 11-də ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff da ABŞ-ın İranla nüvə sazişinin müzakirəsində güzəştə getməyə hazır olduğunu bildirib.

Əli Babayev