Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında cüdo yarışları başa çatıb.
SİA xəbər verir ki, bu gün oğlanlarda 2, qızlarda 1 medal olub. Oğlanlarda 38 kiloqramda Fuad Rəhimli Felipi Fransanı (Braziliya), Aleksandar Beqoviçi (Serbiya) və Svyatovslav Nesvyetovu (Ukrayna) məğlub edərək qızıl medal qazanıb.42 kiloqramda Fərid Rzazadə Le Mayı (Tayvan), Saulu Fereyranı (Braziliya) və Zoreslav Semenenkonu (Ukrayna) üstələyərək çempion olub.
Qızlarda 63 kiloqramda Türkan Məmmədli Mariya Alekseyenkonu (Ukrayna) məğlub etsə də, yarımfinalda Danitsa Stoyanoviçə (Serbiya) uduzub. O, bürünc medal uğrunda yarışda Uyanqa Nandintsetseqə (Monqolustan) qalib gəlib.
Beləliklə, Azərbaycan cüdoçuları Gimnaziadanı 3 qızıl və 4 bürünc medalla başa vurublar.
Qeyd edək ki, Azərbaycan 2011-2012 təvəllüdlü 18 cüdoçu ilə yarışa qatılmışdı.