Rusiya və Türkiyə XİN başçıları görüş keçirirlər

12 Aprel 2025 14:16 (UTC+04:00)

Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidanın görüşü başlayıb. SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Görüşün əvvəlində nazirlər bir-birinin əlini sıxıblar.

Daha əvvəl S.Lavrov Sudan və Venesueladan olan həmkarları və İraq Kürdüstanının prezidenti ilə görüşüb.