Mərakeşdə təyyarə qəzası, ekipaj üzvləri xəsarət alıb

12 Aprel 2025 09:45 (UTC+04:00)

Mərakeşdə Fes-Saiss hava limanı yaxınlığında təyyarə uçuş-enmə zolağından kənarda eniş edib. SİA xəbər verir ki, bu barədə “Morocco World News” nəşri yazıb.

Məlumata görə, üç ekipaj üzvü xəsarət alıb.

Təyyarədə sərnişinlərin olub-olmaması barədə məlumat verilməyib. Hadisənin səbəbləri araşdırılır.