Castin Timberleyk ilk dəfə Bakıya gəlir

12 Aprel 2025 05:48 (UTC+04:00)

Dünyaca məşhur ulduz Castin Timberleyk ilk dəfə Azərbaycana gəlir. SİA xəbər verir ki, sənətçi Bakıda konsert verəcək. 44 yaşlı sənətçi iyulun 27-də Olimpiya Stadionunda möhtəşəm solo konsert proqramı ilə çıxış edəcək. C.Timberleykin musiqi gecəsinin biletləri aprelin 14-dən rəsmi olaraq satışa çıxacaq.