Naxçıvanda ev yanıb, sahibi həyatını itirib

11 Aprel 2025 21:40 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Naxçıvan şəhərinin Sabir küçəsində fərdi yaşayış evində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

SİA-nın məlumatına görə, nazirliyin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Hadisə nəticəsində 1 mərtəbəli, 1 otaqlı, 28 kvadratmetr ümumi sahəsi olan fərdi yaşayış evinin 4 kvadratmetr hissəsində yataq dəsti yanıb, 24 kvadratmetr hissəsi içərisindəki əşyalarla birlikdə yanğından mühafizə olunub.

Yanğın zamanı ev sahibi 1969-cu il təvəllüdlü Hüseynov Vəli Şuqeyib oğlu həyatını itirib.

Hadisə ilə bağlı araşdırma aparılır.