Goranboyda suvarma kanalı daşıb

11 Aprel 2025 17:07 (UTC+04:00)

Goranboy rayonunda suvarma kanalı daşıb, evləri və həyətyanı sahələri su basıb. SİA-nın məlumatına görə, hadisə Goranboy rayonunun Tapqaraqoyunlu kəndində baş verib.

İncə çayından çəkilən suvarma kanalının daşması nəticəsində ümumilikdə 2 fərdi yaşayış evinə və 2 yardımçı tikiliyə, həmçinin bəzi həyətyani sahələrə su dolub.

Hadisə yerinə rəsmi qurumların nümayəndələri cəlb edilib.

Məlumat üçün bildirək ki, son günlər Gəncə və ətraf bölgələrdə yağışlı hava müşahidə olunur.