“Odlar Yurdu Sığorta Brokeri”nin lisenziyası ləğv edilib

11 Aprel 2025 16:50 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) “Odlar Yurdu Sığorta Brokeri” MMC-yə verdiyi lisenziyanı ləğv edib. Bu barədə SİA-ya tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bu qərar aprelin 9-da “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziya “Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında ləğv olunub.