Şimali Kipr Prezidenti sentyabrda Azərbaycana səfər edəcək

11 Aprel 2025 15:09 (UTC+04:00)

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar bu il sentyabrın ilk həftəsində Azərbaycana səfər edəcək. SİA xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında məlumat verib.

E.Tatar Prezident İlham Əliyevin aprelin 11-də Antalyada keçirdikləri ikitərəfli görüş zamanı onu Azərbaycana səfərə dəvət etdiyini bildirib.