Rövşən Nəcəf "Barselona"nın futbol akademiyası yaratmasına münasibət bildirib

11 Aprel 2025 12:41 (UTC+04:00)

AFFA prezidenti Rövşən Nəcəf İspaniyanın "Barselona" klubunun Azərbaycanda futbol akademiyası açmasına münasibət bildirib. SİA-nın məlumatına görə, qurum rəhbəri bu barədə mətbuat konfransında danışıb.

O, "Barselona"nın prezidenti Xuan Laportanın Bakıya səfərini xatırladıb: "Hazırda layihənin reallaşması üçün son detallar klub tərəfindən dəqiqləşdirilir. Bu prosesdə AFFA yaxından iştirak edir".