Medianın təkliflərlə çıxış etməsini istəyirik

11 Aprel 2025 12:32 (UTC+04:00)

AFFA-nın prezidenti Rövşən Nəcəf legioner limitinin ləğvinin yerli oyunçuların keyfiyyətlərinin yüksəlməsinə səbəb olacağını düşünür. SİA-nın məlumatına görə, qurum rəsmisi bunu mətbuat konfransında deyib.

O, Azərbaycan yığmasının böyük turnirlərin final mərhələsinə qatılmasını istədiklərini söyləyib: "Bizim üçün Avropa çempionatının seçmə mərhələsində 3, 4 və ya 5-ci yer tutmaq uğur deyil. Komandamızın final mərhələsində çıxış etməsini istəyirik. Son matçda yığmanın yaş ortalaması da aşağı idi".

R.Nəcəf millinin baş məşqçisi Fernandu Santuş barədə fikirlərini bölüşüb: "Cənab Santuşla bağlı onu deyə bilərik ki, qısa müddətdə daha ürəkaçan nəticələr olmasını istəyirik. Məşqçini yalnız nəticəyə görə qiymətləndiririk. Oyuna yanaşmasını da görməyinizi istəyirik. Medianın təkliflərlə çıxış etməsini istəyirik. Bu şəraiti yaratmaq niyyətindəyik".