AFFA danışılmış oyunlara və qeyri-etik davranışlara görə cəzaları sərtləşdirəcək

11 Aprel 2025 10:49 (UTC+04:00)

Danışılmış oyunlardan başqa, futbol ailəsinə yaraşmayan qeyri-etik davranışlara görə daha sərt cəzalar veriləcək. SİA-nın məlumatına görə, bunu AFFA-nın prezidenti Rövşən Nəcəf milli assosiasiyanın Hesabat Konfransında deyib.

O, bu barədə İcraiyyə Komitəsində müzakirə aparılacağını diqqətə çatdırıb:

"İdman prinsiplərinə zidd olan hərəkətlərin qarşısını almalıyıq".