Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi "Asan Xidmət", "ASAN Kommunal" mərkəzlərinə və KOB Evlərinə bu ilin birinci rübündə daxil olan müraciətlərin sayı 44 minə yaxın olub. SİA xəbər verir ki, bu barədə ADSEA məlumat yayıb.
Bildirilib ki, 14 xidmət istiqaməti üzrə 43 971 müraciət daxil olub. Bunlardan 42 373müraciətə baxılıb və xidmət göstərilib. 1 598 müraciət isə müəyyən səbəblərdən ləğv və ya imtina edilib.