Qubadlıda insana aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkarlanıb

11 Aprel 2025 10:36 (UTC+04:00)

Qubadlı rayonunda insana aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkarlanıb. SİA xəbər verir ki, skelet qalıqları rayonun Dəmirçilər kəndində qazıntı işləri aparılarkən tapılıb.

Faktla bağlı Qubadlı Rayon Prokurorluğunda araşdırma aparılır.