AFFA Məşqçilər Komitəsinə yeni üzv seçilib

11 Aprel 2025 10:05 (UTC+04:00)

AFFA Məşqçilər Komitəsinə yeni üzv seçilib. SİA-nın məlumatına görə, Əsgər Abdullayev artıq komitədə çalışacaq.

Təcrübəli mütəxəssis "Report"a açıqlamasında xəbəri təsdiqləyib.

Qeyd edək ki, Əsgər Abdullayev 2023-cü ildə "İmişli"nin baş məşqçisi təyin olunanda Məşqçilər Komitəsindən ayrılmışdı.