Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin daha üç oyunu baş tutacaq

11 Aprel 2025 10:04 (UTC+04:00)

Azərbaycan Basketbol Liqaısnda pley-in mərhələsinin daha üç oyunu bu gün keçiriləcək. SİA-nın məlumatına görə, ilk olaraq "Abşeron" NTD-ni qəbul edəcək.

Qarşılaşma saat 16:00-da start götürəcək.

Saat 19:00-da "Sumqayıt" "Sərhədçi" ilə, "Ordu" isə "Quba" ilə münasibətlərə aydınlıq gətirəcək.

Birinci və üçüncü görüş Abşeron Olimpiya İdman Kompleksində, ikinci matç isə Sumqayıt Olimpiya İdman Kompleksində gerçəkləşəcək.

Qeyd edək ki, ötən gün "Gəncə" "Lənkəran"ı 96:92 hesabı ilə üstələyib. Pley-ində iki qələbəyə ilk çatan kollektiv pley-offa vəsiqə qazanacaq. Növbəti oyunlar aprelin 13-14-də olacaq.