Azərbaycanın futzal millisi "Helsinqborq Arena"da İsveçin qonağı olacaq

11 Aprel 2025 09:56 (UTC+04:00)

Azərbaycanın futzal millisi AVRO-2026-nın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. SİA-nın məlumatına görə, Vitali Borisovun baş məşqçisi olduğu komanda V turda "Helsinqborq Arena"da İsveçin qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Görüşü İngiltərədən olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, V qrupda Xorvatiya 12 xalla liderdir. Yunanıstan 7 xalla ikinci, Azərbaycan 2 xalla üçüncü, İsveç 1 xalla sonuncu - dördüncüdür.